RU

Braziliyalı nazir: Bakıda ətraf mühitin qorunması ilə bağlı önəmli toplantı keçirilir

Braziliyalı
“Bu gün Bakı şəhərində ətraf mühitin qorunması və qlobal rifahın artırılması mövzularında mühüm bir toplantı keçirilir”. 1news.az xəbər verir ki, bunu COP29 çərçivəsində Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşündə Braziliyanın Turizm naziri Selso Sabino deyib.
O, bildirib ki, dünyanın bir çox yerindən gəlmiş iştirakçılar ekoloji təhlükələri azaltmaq və davamlı inkişafı təşviq etmək məqsədilə toplaşaraq, müxtəlif alternativ həll yolları təklif ediblər.
“Toplantıda çıxış edən natiqlərdən biri, dayanıqlı inkişafın sadəcə bir hədəf deyil, gələcək nəsillər üçün daha yaxşı bir dünya təmin etmək məqsədilə verilmiş bir vəd olduğunu vurğulayıb. O, Braziliyanın prezidenti Luiz Inacio Lula da Silvanın rəhbərliyi altında aparılan dayanıqlı inkişaf strategiyalarına diqqət çəkərək, mənalı və inklüziv həll yollarının əldə olunmasında dialoqun mühüm rol oynadığını qeyd edib. "Birgə şəkildə ekoloji böhranlara qarşı dözümlülük göstərmək və iqlim tədbirlərində liderlik etmək üçün bütün zəruri resurslara sahibik," - deyə o, əlavə edib. S.Sabino, həmçinin Bakıdakı görüş zamanı iştirakçıların qida, sabit infrastruktur və uşaqlqrüçün təhsil imkanlarından faydalandıqlarını bildirib. Lakin eyni zamanda, Amazon kimi həssas meşəlik ərazilərdə uşaqların məktəbə getməkdən məhrum olduqlarını və ailələrin aclıqla mübarizə apardıqlarını xatırladıb.

“İqlim dəyişikliyi ilə mübarizə aparmaq və ətraf mühitimizi qorumaq üçün hər bir insanın iqtisadi, sosial və ekoloji hüquqlarına hörmət göstərən qlobal bir baxış formalaşdırmalıyıq. Burada həmçinin hər kəsin bərabər imkanlara sahib olduğu bir gələcəyin qurulmasını istəyirik”.

Foto: Nadir İbrahimli

Избранный
12
1news.az

1Источники