RU

Üç baş nazir birgə döyüş təyyarəsi istehsalını müzakirə edib

Üç

İngiltərə, İtaliya və Yaponiyanın yeni nəsil döyüş təyyarəsini birgə hazırlamağa imkan verən GCAP sazişinin ölkə parlamentlərində ratifikasiyasında irəliləyiş əldə edilib. Təyyarə 2035-ci ilə qədər istehsal oluna və istifadəsinə başlanıla bilər.

Reyting.az
-ın məlumatına görə, Böyük Britaniya Baş nazirinin ofisindən deyiblər ki, baş nazir Starmer Braziliyada keçirilən G20 Liderlər Sammiti çərçivəsində italyan və yapon həmkarları ilə görüşüb.

Üç lider bir daha yeni nəsil döyüş təyyarələrinin 2035-ci ilə qədər səmaya qalxmasına və ümumi müdafiəni gücləndirməsinə imkan verəcək “Qlobal Döyüş Hava Proqramı”na (GCAP) sadiqliklərini ifadə ediblər.

Üç lider İngiltərədə yaradılması planlaşdırılan və yüzlərlə insanı işlə təmin etməklə iqtisadi artıma töhfə verəcək proqram mərkəzinin tətbiqi ilə bağlı hazırlıqları dəyərləndirib.

Böyük Britaniya, İtaliya və Yaponiyanın baş nazirləri GCAP əməliyyatlarının əsasını təşkil edəcək tarixi sazişin öz parlamentlərində ratifikasiyasında davam edən irəliləyişi alqışlayıblar. Baş nazirlər gələcəkdə daha geniş beynəlxalq tərəfdaşlıqlar çərçivəsində iştirakın artırılması məqsədini də vurğulayıblar.

Qeyd edək ki, İngiltərə və İtaliya ilə birgə döyüş təyyarəsi istehsalı layihəsi Yaponiyanın müttəfiqi ABŞ-dan kənarda ilk birgə müdafiə avadanlığı inkişafı layihəsi kimi təsvir edilir.

GCAP çərçivəsində yaradılacaq yeni nəsil döyüş təyyarəsinin dizaynının 2027-ci ilə qədər tamamlanması hədəflənir.

V. QULİYEV
Избранный
31
reyting.az

1Источники