RU

Azərbaycandakı günəş enerjisi stansiyasının faydası nədir?

Qafqazın ən böyük günəş elektrik stansiyası olan Qobustandayıq. Bura Bakıdan 65 km məsafədə yerləşir. 550 hektar ərazidə yerləşən bu elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb.

Bu stansiya 2023-cü ilin oktyabrında işə düşüb. Günəş elektrik stansiyasını Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti inşa edib və işlədir.

“Bu layihə 100 faiz "Masdar"a məxsusdur. Başqa heç kəslə bölüşmürük və ümumi xərci 200 milyon ABŞ dollarından çoxdur. Bu, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Əbudabi inkişaf fondu tərəfindən maliyyələşdirilib”, - “Masdar” şirkətinin təmsilçisi Maryam Al Mazrouei BBC-yə deyir.

“Günəş elektrik stansiyada orta illik enerji hasilatı ən azı 500 milyon kVt·saatdır. 500 milyon kVt·saat ildə 110 min evə tam olaraq enerji təmin etmək iqtidarındadır”, - şirkətinin digər təmsilçisi Murad Sadıxov bildirir.

Beləliklə, Azərbaycan 110 milyon kubmetr həcmində təbii qaza qənaət edə bilir və bu qənaətlə atmosferə atılan karbon qazı tullantıları 200 min ton azaldılacaq.

Günəş panelləri açıq havada quraşdırldığından onkların üzərini bəzən toz örtə bilir. Onları təmizləmək üçün isə robotlar quraşdırılıb. Robortlar bu panellərdə özləri enerji yığır və gün boyu enerjini depoladıqdan sonra axşama doğru panellərin üzəri ilə hərəkət edib, onları təmizləyib, geri qayıdırlar.

Günəş panelləri enerji almaq baxımından faydalıdır, lakin istehsal, materialları, torpaqdan istifadə və daşınması nəzərə alınanda ətraf mühitə müəyyən qədər karbon qazı buraxılır. Təxminən 25-30 ilə onlar köhnəlir və mütəxəssislər deyirlər ki, onları sökmək və təkrar emal etmək üçün infrastruktur yoxdur.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinə görə, "2050-ci ilə qədər günəş panellərinin təkrar emal zəncirini işə salınmasa, onlar tullantı dağına çevriləcək.

Videonu YouTube kanalımızda izləyin.

Избранный
26
bbc.com

1Источники