RU

Moskva müharibəyə gedənlərin kredit borcları siləcək

Yazını böyüt
Yazını kiçilt

Rusiya parlamentinin aşağı palatası olan Dövlət Duması bir il və ya daha uzun müddətə müqavilə bağlamış müharibə iştirakçılarının 10 milyon rubla (100 min dollar) qədər kredit borclarının silinməsini nəzərdə tutan qanun layihəsinə baxacaq.

Hafta.az-ın TASS-a istinadən yazdığına görə, iyulda bir qrup deputat tərəfindən təqdim edilən qanun layihəsi oktyabrın 29-da keçirilən birinci oxunuşda qəbul edilib. Yeni tənzimləmə ilə müharibədə iştirak edən əsgərlərin və onların həyat yoldaşlarının kredit borcları 2024-cü il dekabrın 1-dən əvvəl məhkəmə qərarı və ya icra proseslərinin başlanması şərti ilə silinə bilər. Bundan başqa, hərbi xidmət müddətinə əlavə edilən 30 günlük borcun təxirə salınma müddəti 180 günə qaldırılacaq. Qanun qəbul olunarsa, 2024-cü il dekabrın 1-dən qüvvəyə minməsi planlaşdırılır.

Eyni iclasda Dövlət Duması ictimai yerlərdə təhlükəsizliyi təmin edən özəl mühafizə şirkətlərinin silah gəzdirməsini tələb edən qanun layihəsini də müzakirə edəcək. Qanun layihəsində xarici agent kimi müəyyən edilən şəxslərin özəl mühafizə şirkətlərinə kapital qoymasını qadağan edən maddə də var. Bundan əlavə, dövlət vəzifəsində çalışan şəxslərin və qəsdən cinayət törətməkdə təqsirli bilinən vətəndaşların özəl mühafizə şirkətlərinə sahib olmasının qarşısının alınması tövsiyə olunur. Komitə üzvləri hesab edirlər ki, bu tənzimləmə sektorun daha şəffaf və etibarlı struktura nail olunmasına töhfə verəcək.

Избранный
28
hafta.az

1Источники