RU

27 yaşlı futbolçu qol sayına görə Maradonaya şərik oldu

Image

Futbol üzrə Argentina millisinin hücumçusu Lautaro Martines komandadakı qol sayına görə əfsanəvi Dieqo Maradonaya çatıb. "İnter"in forvardı bunu DÇ-2026-nın seçmə mərhələsində Peru millisi üzərində 1:0 hesablı qələbə qazandıqları qarşılaşmada reallaşdırıb. Oyunda yeganə qolu vuran 27 yaşlı futbolçu millidəki qollarının sayını 32-yə çatdırıb.

Argentina millisində ən çox qol vuran futbolçus isə Lionel Messidir. O, 112 dəfə rəqib qapılarına yol tapıb. Qabriel Batistutanın 55, Serxio Aqueronun 41, Ernan Kresponun isə aktivində  35 qolu var. Martines və Maradona isə 32 qolla yığma tarixinin ən yaxşı bombardirləri siyahısında 5-ci yeri bölüşürlər.

Mətləb





Избранный
15
3
baki-xeber.com

9Источники