RU

BMT il ərzində Livanın səhiyyə müəssisələrinə 137 hücum qeydə alıb

2023-cü ilin oktyabrından bəri Livanda səhiyyə müəssisələrinə ən azı 137 hücum qeydə alınıb. Bu barədə BMT-nin ölkədəki Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.

“2023-cü ilin oktyabr ayından indiyədək bütün ölkə üzrə səhiyyə müəssisələrinə 137 hücum qeydə alınıb və onların 226 əməkdaşı xidməti vəzifələrini yerinə yetirərkən həlak olub”, - idarənin sənədində deyilir.

Hesabatda qeyd edildiyi kimi, bu günə qədər Livanın 178 xəstəxanasının 13%-i fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb və ya zədələnib.

Oxuməni.az

Избранный
35
1
oxumeni.az

2Источники