RU

“İqlim dəyişikliyinə dayanıqlı aqrar sektor üçün innovativ yanaşmalar və birgə əməkdaşlığın rolu” mövzusunda tədbir keçirilib (FOTO)

Bakı. Trend:

COP29-un proqramına uyğun olaraq “Qida, Kənd Təsərrüfatı və SuGünü”ündə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit vəİnkişaf Agentliyinin (AKİA) təşəbbüsü ilə “İqlim dəyişikliyinədayanıqlı aqrar sektor üçün innovativ yanaşmalar və birgəəməkdaşlığın rolu” mövzusunda tədbir keçirilib.

Trend xəbərverir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirin keçirilməsində məqsəd aqrar sahənininkişafı üzrə müəyyən edilən strateji prioritetlərin - dayanıqlıkənd təsərrüfatının təşviqi, fermerlərin maliyyə resurslarınaçıxışının artırılması və beynəlxalq tərəfdaşlığın daha dagücləndirilməsi istiqamətində COP29 tədbirlərinə töhfə vermək və buistiqamətdə fermerlərə daha çox məlumat çatdırmaq olub.

“Yaşıl zona”da baş tutan tədbirdə AKİA-nın rəhbər şəxsləri,fermerlər, banklar da daxil olmaqla özəl sektorun, eləcə dəbeynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

AKİA-nın dövlət dəstəyi şöbəsinin müdiri Rəşad Fəttahov dövlətdəstəyi mexanizmləri və onların təsirinin artırılması yollarımövzusunda çıxış edib. O əvvəlcə Aqrar Subsidiya Şurası tərəfindənqəbul edilən yeni dəyişikliklərlə bağlı ətraflı məlumat verib, dahasonra dövlət dəstəkləri və ən son dəyişikliklərin fermerlər üçünyaratdığı imkanlardan danışıb.

İqlim dəyişiklikləri dövründə dayanıqlı kənd təsərrüfatı üçüninnovativ texnologiyalardan istifadənin artırılmasının əhəmiyyətimövzusunda çıxış edən “Beta Azərbaycan” MMC-nin regional müdiriAhmet Arslan risklərin idarə olunması və məhsuldarlığınartırılmasına dair praktiki nümunələr təqdim edib, iştirakçılara vəxüsusi ilə fermerlərə dayanıqlı təsərrüfat yaratmağın yollarıbarədə faydalı məlumatlar çatdırıb.

AKİA-nın sədr müavini Mehman İsmayılov kənd təsərrüfatınınmaliyyələşdirilməsində bankların və digər kredit təşkilatlarınınrolu mövzusunda çıxış edərək dövlət-özəl tərəfdaşlığının dayanıqlıkənd təsərrüfatının əsaslarından biri olduğunu deyib. O tədbiriştirakçılarına Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindən(EKTİS) alınan məlumatlarla fermerlərin maliyyə tarixçəsinin vizualtəqdimatını nümayiş etdirib.

AKİA-nın sədr müavini Fərid Rəhimli kənd təsərrüfatınınsubsidiyalaşdırılması üzrə təqdimat keçirib, Elektron KəndTəsərrüfatı İnformasiya Sistemində formalaşan dataların subsidiyasiyasətinin formalaşmasına təsiri barədə danışıb. Fərid Rəhimliqeyd edib ki, formalaşan datalar dövlət dəstəyi mexanizmlərininsəmərəlilik göstəricilərini ölçməyə, vəsaitin daha optimalyönləndirilməsinə imkan verir.

AKİA-nın Layihə və proqramlar şöbəsinin müdiri Fərid Əmirovçıxış edərək iqlim dəyişikliyinin kənd təsərrüfatına mənfi təsiriniazaltmaq məqsədli beynəlxalq təşkilatlar və donorlarla əməkdaşlığınartırılması istiqamətləri mövzusunda təqdimat edib. O çıxışındaqeyd edib ki, iqlim dəyişikliyinin qlobal təsirlərinə qarşı dahageniş əməkdaşlıq çox vacibdir. Bu mənada beynəlxalq layihələr vədövlət proqramlarının kənd təsərrüfatına olan müsbət təsirininəzərə alaraq xüsusi ilə qadın və gənc fermerlər üçün həyatakeçirilən layihələr olduqca faydalıdır. Fərid Əmirov həmçininiştirakçılara COP29-dan sonrakı fəaliyyətlər və Bakı Harmoniyaİqlim Təşəbbüsündən irəli gələn tədbirlərlə bağlı beynəlxalqtəşkilatlarla birgə əməkdaşlıq imkanları barədə məlumat verib.

Tədbir iştirakçıları maraq doğuran mövzular ətrafında genişfikir mübadiləsi aparıblar.

“İqlim
“İqlim
“İqlim
“İqlim
“İqlim
“İqlim
“İqlim
“İqlim
“İqlim
“İqlim
“İqlim
“İqlim
“İqlim
“İqlim
Məqalədə:
Избранный
18
6
az.trend.az

2Источники