"2025-ci ildə də sosialyönümlü xərclər prioritet təşkil edəcək. Növbəti ilin dövlət büdcəsində bu xərclər 16909,7 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2024-cü illə müqayisədə 1370,0 milyon manat və ya 8,8 faiz çoxdur".
Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisdə Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələlərinin birgə iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, növbəti ildə əməkhaqqı, pensiya və sosial müavinətlər, ünvanlı sosial yardım və təqaüd xərcləri üzrə minimum əmək haqqı, minimum pensiya, minimum ehtiyac meyarı, yaşayış minimumunun artımları üçün müvafiq məbləğdə vəsait nəzərdə tutulub.
Nazir əlavə edib ki, ölkədə dini siyasətin həyata keçirilməsi məqsədi ilə Dini İşlər üzrə Dövlət Komitəsinə 9 milyon manat vəsait ayrılması nəzrədə tutulur. “Bundan əlavə olaraq QHT-lərə, ictimai birliklərə, siyasi partiyalara, KİV-lərə, idman müəssisələrinə isə 129 milyon manat vəsait ayrılacaq”,- nazir qeyd edib.
Mürtəza
Ölkə.Az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта