RU

Azərbaycanın xaricdə təbliğatına 7 milyon manat ayrılır

2025-ci ildə Azərbaycanın xaricdə təbliğatı - diaspor və lobbiçilik fəaliyyəti üçün xərclərə 7 milyon manat ayrılır. SİA xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, həmin vəsait Diasporla İş üzrə Dövlət Komitəsinə yönəldilir: “Xaricdəki diplomatik nümayəndəliklərin maliyyələşdirilməsinə isə 205 milyon manat ayrılır”.

Избранный
9
9
sia.az

9Источники