RU

G20 ölkələrinin yekun sənədində COP29-a dəstək ifadə olunub

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 ölkələri sammitinin yekun Bəyannaməsinin iqlim bölməsində Azərbaycanın COP29-da Sədrliyinə dəstək ifadə olunub.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, sənəddə deyilir: “Biz uğurlu Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) nəticəsini gözləyirik. Eyni zamanda, Azərbaycanın COP29-da Sədrliyinə dəstəyimizi vəd edirik və Bakıda danışıqların uğur qazanacağını öhdəmizə götürürük. Biz, həmçinin 2025-ci ildə Braziliyanın COP30-da Sədrliyinə də dəstəyi öhdəmizə götürürük.

Bəyannamədə təmiz, dayanıqlı, ədalətli, əlverişli və inklüziv enerjinin sürətləndirilməsinə dair öhdəlik də götürülüb. Bununla yanaşı, iqlim maliyyəsinin artırılması məqsədilə ayrılacaq vəsaitin məbləğinin “milyardlarla dollardan trilyona çatdırmaq” üçün bütün mənbələrin səfərbər edilməsinin vacibliyi vurğulanıb.

Избранный
16
5
xalqqazeti.az

6Источники