RU

Ermənistanın Daxili İşlər Nazirliyinə qadın rəhbərlik edəcək - FOTO

Ermənistan Daxili İşlər Nazirliyində müavin postunu tutan Arpin Sarkisyan nazir təyin ediləcək.

Bu barədə Baş nazir Nikol Paşinyan məlumat verib.

"Daxili işlər nazirinin müavini postunu tutan Arpin Sarkisyan daxili işlər naziri təyin olunacaq", deyə Paşinyan bildirib.

Qeyd edək ki, Arpin Sarkisyan 2022-ci ilin yanvarında daxili işlər nazirinin müavini təyin edilib. Sarkisyan buna qədər Ədliyyə Nazirliyinin cinayət qanunvericiliyi, penitensiar və probasiya siyasətinin inkişafı şöbəsinin müdiri vəzifəsində çalışıb.

O, qərbyönlü qanadla əlaqələri, həmçinin ABŞ-ın Ermənistandakı səfirliyi ilə sıx əlaqələri ilə tanınır. Sarkisyan əvvəllər - keçmiş nazir Qriqor Minasyanın istefasından sonra ədliyyə nazirbni əvəz edib.

"AzPolitika.info"

Избранный
72
30
azpolitika.info

10Источники