RU

Nihat Kahveçi Montellanı "topa tutdu", istefa anonsu verdi: "Qurd kimi gözləyənlər var"

UEFA Millətlər B Liqasının 4-cü qrupunun sonuncu oyununda Monteneqroya səfərdə 3:1 hesabı ilə məğlub olan Türkiyə yığmasının liderliyi əldən verərək qrupu 2-ci pillədə başa vurması böyük qəzəb yaradıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məğlubiyyətə görə baş məşqçni qəzəblə ittiham edənlərdən biri də keçmiş futbolçu və hazırda şərhçi olan Nihat Kahveçidir.

O, canlı yayımda Montellanı sərt şəkildə tənqid edib: "Əgər sabotaj etsəniz, bu qədər səhv edə bilməzsiniz. Montella matça hazır deyildi. Heç oyuna hazırlaşmayıb belə. meydança pis idi-filan, bunu yeməzlər. O pis dediyin meydançada zəif komada sənə 3 qol atdı. Meydan şəraiti, yağış, hər şey onlar üçün də yeni idi, amma sən yox, onlar qalib gəldi. Elə bil D Liqasında futbol oynadıq. Bu, Farer adalarına uduzmaqdan daha pisdir. Həyatımda bu qədər əsəbi olduğumu xatırlamıram. Merih Dəmiral, İsmail Yüksek, rəqiblə tez-tez mübahisə edir, qardaşım sən oyununa bax da, oyununla, topla mübarizə apar da. Montella sona bir dəqiqə qalmış Semihi tez oyuna soxur ki, sabah "o hücumçunu niyə oyuna buraxmadın" deyə üstünə gəlməsinlər. Bunu da yeməzlər. 

Dediyim kimi, Montella matça ümumiyyətlə hazır deyildi. Ümumilikdə 5 matçda edəcəyi səhvlərin hamısını bir bu matçda etdi. Onsuz da pusquda canavar kimi gözləyənlər var. Onu burada qoruyacaq qriplar da daha yoxdur. nu istefaya göndərsələr, düzü, sakitcə baxaram..."

Zülfiyyə Mustafayev

MİA.AZ
 

Избранный
12
mia.az

1Источники