RU

Ölkədə çəkilən serialların səviyyəsinə nəzarət etmək lazımdır - Deputat

Dövlət büdcəsindən ayrılan vəsaitlə çəkilən serialların səviyyəsinə nəzarət etmək lazımdır. Bunu Milli Məclisin deputatı Azay Quliyev deyib.
 
"Televiziyalarda yayımlanan bəzi seriallar və xəbərlər insanlarda aqresiyanı daha da artırır. Aqresiv xəbərlər yaymaq heç bir nüumunə göstərici ola bilməz. Dövlət büdcəsindən ayrılan serialların səviyyəsinə baxmaq lazımdır", - deputat  Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
 
Quliyev təklif edib ki, xaricdə fəaliyyət göstərən QHT-lərlə işləri daha da güclü qurmaq lazımdır. Buna görə də QHT-lərin dəstələnməsi məsələsi vacibdir.  
 
Gülnar Nazimqızı 

www.anews.az
Избранный
14
anews.az

1Источники