RU

Umayra Tağıyeva: "Enerji sektorunda yumşalma tədbirlərini diqqətdə saxlayırıq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan 2050-ci ilə qədər qaz emissiyalarını 40% faiz azaltmağı hədəfləyib. Həmçinin, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan yaşıl enerji zonaları elan edilib".
Oxu.Az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29 çərçivəsində nazirlərin yüksəksəviyyəli panel iclasında deyib.
O bildirib ki, 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpaolunan enerji mənbələrinin payını 30%-ə çatdırmaq əsas hədəflərdəndir:
"Biz, xüsusilə enerji sektorunda, yumşalma tədbirlərini diqqətdə saxlayırıq. Yeni təqdimat xalis sıfır karbon gələcəyinə dair öhdəliyimizi gücləndirərək, əsas sənayelər üzrə emissiyaların azaldılması üçün ətraflı strategiyaları təsvir edəcək. Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair beş prioritet"dən biri Azərbaycanı təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevirməkdir. Bundan əlavə, 2022-26-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyasında, xüsusilə istixana qazlarının emissiyalarının azaldılması nəzərdə tutulur. Bu strategiya iqlim dəyişikliyi ilə bağlı beynəlxalq layihələrə tam uyğundur və onun həyata keçirilməsi mümkündür".
Mərahim Nəsib
Избранный
58
33
oxu.az

10Источники