RU

Fernandu Santuş: "Məğlubiyyətə görə məsuliyyəti öz üzərimə götürürəm"

"Məğlubiyyətə görə məsuliyyəti öz üzərimə götürürəm".Bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş İsveç yığmasına qarşı keçirdikləri Millətlər Liqasının oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

69 yaşlı mütəxəssis böyükhesablı məğlubiyyəti şərh edib:

"İndiyə qədər olan oyunlarda doğru yolda olduğumuzu deyirdim. Amma bu günkü görüş barədə bunu deyə bilmərəm. Məğlubiyyətə görə məsuliyyəti öz üzərimə götürürəm. Komandanın taktiki sxemini mən düzəldirəm və futbolçuları heyətə cəlb edən mənəm. Baxmayaraq ki, görüşə yaxşı hazırlaşmışdıq. Düşünürdüm ki, ön xətdə iki sürətli futbolçumuzun xidmətindən yüksək səviyyədə yararlana bilərik. Təəssüf ki, bu, bizdə alınmadı. Bu görüş mənim üçün dərs oldu. Öz üzərimizdə çox çalışmalıyıq. Mən məsuliyyəti başqa şəxslərin üzərinə atan məşqçilərdən deyiləm. Böyük hesabla uduzmuşuqsa, məsuliyyət mənə aiddir".

Qeyd edək ki, "Stroberri Arena"da baş tutan C Liqasının son matçında Azərbaycan yığması səfərdə İsveçə 0:6 hesbı ilə uduzub.

Избранный
14
8
cbcsport.az

10Источники