RU

Quterreş Haitidə artan zorakılıqdan narahatdır

Quterreş Haitidə artan zorakılıqdan narahatdır

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterres Haitidə artan zorakılıqdan narahatlığını ifadə edərək, "siyasi prosesə keçidin" sürətləndirilməsinin lazım olduğunu qeyd edib.Bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik açıqlama verib.Quterreş, Haiti Milli Polisinin Çoxmillətli Təhlükəsizliyə Yardım Missiyasının (MSS) dəstəyi ilə artan zorakılığın aradan qaldırılması üçün səylərini qətiyyətlə dəstəklədiyini söyləyib.MSS-nin mandatını uğurla yerinə yetirməsi üçün maliyyə və maddi-texniki dəstək çağırışını təkrarlayan Quterreş siyasi prosesə keçiddə dərhal irəliləyiş əldə etməyin vacibliyini vurğulayıb.Mənbə: AA

Избранный
10
1
afn.az

2Источники