RU

Zelenski: “ABŞ hərbi yardımı kəssə, müharibəni uduzacağıq"

“Əgər ABŞ yeni prezident Donald Trampın dövründə Ukraynaya hərbi yardımı kəsmək qərarına gəlsə, çox güman ki, müharibəni uduzacaq”.

“Cebheinfo.az”-ın məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski “Fox News” telekanalına müsahibəsində belə deyib.

“Əgər ABŞ hərbi yardımı kəssə, məncə, biz müharibəni uduzacağıq.

Təbii ki, hər halda mübarizəmizi davam etdirəcəyik. Bizim öz istehsalımız var, ancaq üstünlüyə malik olmaq üçün bu kifayət deyil. Məncə, bu sağ qalmaq üçün kifayət deyil. Amma bu, Amerikanın seçimidirsə, o zaman nə etməli olduğumuza qərar verəcəyik”, - deyə Zelenski bildirib.

“Trampın Rusiya Prezidenti Putinə təsir edə və müharibəni dayandıra biləcəyinə inanırmı?” sualına Zelenski düzəlişlərlə müsbət cavab verib: 

“Bu, asan olmayacaq, amma ABŞ bütün vasitələrindən istifadə edərsə, bəli, o edə bilər. Çünki o, Putindən qat-qat güclüdür. 

ABŞ daha güclüdür. Onların iqtisadiyyatı daha güclüdür. Amerika Birləşmiş Ştatlarının prezidentinin gücü, səlahiyyəti və silahı var” - deyən Zelenski başqa bir suala cavabında eyni fikri davam etdirib, “O, enerji qiymətlərini azalda bilər”, - deyə əlavə edib.

“Yeri gəlmişkən, mən mətbuatda Prezident Trampın enerji resurslarının və neftin qiymətlərini azaltmaq barədə düşündüyünə dair siqnallar eşitdim və bunu etmək lazımdır” - Zelenski bildirib.

Избранный
9
3
cebheinfo.az

6Источники