RU

Əliyar Ağayev Niderland yığmasının oyununu idarə etdi

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının 2024/2025-ci illər mövsümünün növbəti oyununu idarə edib.

Arena.az xəbər verir ki, O, A Liqasının 3-cü qrupunun Bosniya və Herseqovina – Niderland oyununun baş hakimi olub.

Qrup mərhələsinin sonuncu turu çərçivəsində baş tutan bu oyunda Əliyara yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirib.

Matçın VAR hakimləri Polşadan Tomaş Kviatovski və Pavel Pskit olublar.

Zenitsa şəhərində yerləşən “Bilino Polje” stadionunda keçirilən oyunda qalib müəyyənləşməyib – 1:1.

Əliyar Ağayev bu matçda cəmi bir sarı vərəqə göstərib. O, matçın 76-cı dəqiqəsində meydan sahiblərinin oyunçusu Ermedin Demiroviçə rəsmi xəbərdarlıq edib.

Qeyd edək ki, Niderland yığması qrup mərhələsini 9 xalla 2-ci, Bosniya və Herseqovina isə 2 xalla sonuncu yerdə bitirib.

Избранный
12
arena.az

1Источники