RU

Özəl bankçılıq üzrə müştəri meneceri - VAKANSİYA

"Pasha Bank" ASC, Özəl bankçılıq üzrə müştəri meneceri vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Satış texnikası üsüllarından səmərəli istifadə etməklə yeni müştərilərin cəlb edilməsi;
  • Müştərilərə fərdi yanaşma nümayiş etdirərək yeni aktivlərin cəlb edilməsi və sabit artımını təmin edilməsi;
  • Yüksək gəlir sahibi olan müştərilərin fərdi bank məhsulları ilə təmin edilməsi;
  • Müştərilərin gündəlik sorğu və ehtiyaclarının müəyyən edilməsi və qarşılanması;
  • Müştərilərə fərdi yanaşma istifadə etməklə yüksək qəlirlik əldə etmək;
  • Zəruri hallarda müvafiq departamentlərə istinad etməklə bank qaydalarının, prosedurlarının, siyasətinin və normativ tövsiyələrinin öz fəaliyyətində daima istifadə edilməsi;
  • Müştərilərinin maksimum məmnunluğunu təmin etmək üçün yüksək keyfiyyətli müştəri xidmətlərinin göstərilməsi;
  • Müştərilər haqqında məlumatın mühafizə edilməsi və məlumatın məxfiliyini təmin etmək üçün lazımi tədbirlərin görülməsi;
  • Müştərilərə qeyri – maliyyə və məsləhət xidmətlərinin verilməsi;
  • Analitik alətlərdən istifadə etməklə müştəriləri portfelinin qiymətləndirilməsi. 

Tələblər:

  • Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil;
  • Tələb olunan iş təcrübəsi: 2- il; 
  • Xarici dillər: İngilis, Rus;
  • Kompüter bilikləri: Microsoft Office;
  • Məhsul üzrə biliklər: Bank məhsulları;
  • Bazar üzrə biliklər: bank qanunvericiliyi, bazar tendensiyaları.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.  

Zemfira Ms
Fins.az

Избранный
63
47
fins.az

10Источники