RU

ABŞ-ın Kiyevdəki səfirliyi bağlandı

ABŞ-ın Kiyevdəki səfirliyi, Rusiyanın Ukraynaya genişmiqyaslı hava hücumu təşkil edə biləcəyi xəbərdarlığını edərək bu gün fəaliyyətini müvəqqəti dayandırdığını elan edib.  

Səfirliyin yaydığı açıqlamada 20 noyabrda Rusiyanın böyük bir hava hücumu həyata keçirəcəyi ilə bağlı xüsusi məlumat alındığı bildirilib.

Valyuta.az xəbər verir ki, açıqlamada qeyd olunub:  

"Hazırlıqlı olmaq məqsədilə səfirlik bu gün bağlı olacaq. Səfirlik işçilərinə olduqları yerlərdə qalmaq təlimatı verilib. ABŞ səfirliyi, ABŞ vətəndaşlarına hava hücumu siqnalı verildiyi halda dərhal sığınacaqlara getməyə hazır olmalarını tövsiyə edir."

Qeyd edək ki, ABŞ səfirliyinin xəbərdarlığı, Ukraynanın müharibənin mininci günündə ABŞ istehsalı olan uzaqmənzilli ATACMS raketləri ilə Rusiya ərazisinə hücum etməsindən bir gün sonra yayımlanıb.  

Rəhim

Избранный
34
valyuta.az

1Источники