RU

Türkiyə elektrik nəqliyyat vasitələrinin yayılması üçün aktiv şəkildə sərmayələr tətbiq edir

Bakı. Trend:

Türkiyə elektrik nəqliyyat vasitələrinin yayılmasını təşviqetmək üçün əhəmiyyətli sərmayələr və stimullaşdırıcı tədbirlərtətbiq edir.

Trend xəbər verir ki, bubarədə Türkiyənin nəqliyyat və infrastruktur naziri AbdulkadirUraloğlu COP29 çərçivəsində keçirilən "Şəhər nəqliyyatınınyaşıllaşdırılması" mövzusunda yüksək səviyyəli dəyirmi masada çıxışedərkən bildirib.

"Türkiyə elektrik nəqliyyat vasitələrinin yayılmasını təşviqetmək üçün əhəmiyyətli sərmayələr və stimullaşdırıcı tədbirlərtətbiq edir. Xüsusilə, biz yerli istehsal olan "TOGG" elektrikavtomobilini hazırlamışıq və bu avtomobilləri artıq yollarımızdadaha tez-tez görmək mümkündür. Bundan əlavə, şəhərlərimizdəelektrik avtobuslarının sayını sürətlə artırırıq və Nazirlikəhalinin yeni nəqliyyat vərdişləri formalaşdırması üçün lazımidəstəyi təmin edir.

Yaxın zamanda biz "Türkiyənin məqsədi — sıfır emissiya" yolxəritəsi layihəsini işə saldıq. Bu layihə nəqliyyat sektorundasıfır emissiyaya nail olmaq üçün hərtərəfli, inklüziv və real birplanın hazırlanmasına yönəlib. Velosiped və piyada yollarınınsayının artırılması ekoloji cəhətdən təhlükəsiz nəqliyyatalternativlərinin inkişafında vacib bir addımdır. Bunun üçün bizböyük şəhərlərdə velosiped icarəsi sistemlərinin yayılmasını təşviqedirik, vətəndaşlara daha ekoloji təmiz nəqliyyat variantlarıtəqdim edir və onları dayanıqlı nəqliyyat vasitələrindən istifadəetməyə həvəsləndiririk", - deyə o bildirib.

Nazirin sözlərinə görə, Türkiyə velosiped yollarının sayınıartıraraq velosiped nəqliyyatını daha təhlükəsiz və rahat edir.

"Şəhər nəqliyyatı sahəsindəki siyasətimiz çərçivəsində metro vəyüngül relsli nəqliyyat layihələrini həyata keçiririk. Yerliidarəetmə orqanları ilə birlikdə şəhərlərimiz üçün dayanıqlınəqliyyat planları hazırlayırıq, gələcəyin nəqliyyatinfrastrukturunu formalaşdırırıq. Bu prosesdə biz hər şəhər üçünfərdi şəhər mobilliyi planlarının hazırlanmasına böyük önəm veririkki, bu da emissiyaların azaldılmasını və səmərəli hərəkətplanlaşdırılmasını mərkəzləşdirilmiş şəkildə koordinasiya etməyəimkan verir", - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
50
1
az.trend.az

2Источники