RU

"Nəqliyyat sektoru qlobal CO2 emissiyalarının 20 %-ni təmin edir" - Qətər rəsmisi

 

Nəqliyyat sektoru qlobal karbon dioksid (CO2) emissiyalarının təxminən 20 %-ni təmin edir.

Missiya.Az report-a istinadən xəbər verir ki, bunu Qətərin ətraf mühit və iqlim dəyişikliyi üzrə nazirİ Abdullah bin Abdulaziz bin Turki Al Subaie COP29 çərçivəsində təşkil olunmuş “Yaşıl Şəhər Nəqliyyatı” adlı Yüksək Səviyyəli Dəyirmi Masada bildirib.

O vurğulayıb ki, emissiyaların əhəmiyyətli hissəsi şəhər nəqliyyatının payına düşür: "Bu problemin həlli çətin olsa da, elektrikləşdirmə nəqliyyat üçün perspektivli yol təklif edir. Şəhər nəqliyyatının elektrikləşdirilməsi nəinki istixana qazı emissiyalarını azaldır, həm də havanın keyfiyyətini yaxşılaşdırır, atmosfer çirkləndiricilərinin azaldılması kimi faydalar gətirir. Təhlükəli məsələləri həll etmək, beləliklə, yaşıl şəhər nəqliyyatını inkişaf etdirmək, maliyyələşdirmək üçün biz hökumətlər arasında siyasətləri uyğunlaşdırmalıyıq, hökumətlərarası işçi qrupu vasitəsilə koordinasiya etməliyik, innovativ maliyyələşdirmədən istifadə etməliyik. Uyğunlaşdırılmış nəqliyyat vasitələrini təmin etmək üçün icmaları cəlb etməliyik".

Qonaq əlavə edib ki, şəhər nəqliyyatında dayanıqlığın təmin edilməsi vacib məsələdir: "Beləliklə, biz diqqəti iqlimə, davamlı dizayna, pozulmaların idarə edilməsi üçün Süni İntellekt kimi ağıllı texnologiyalara, yaşıl infrastruktura yönəltməliyik".

Избранный
36
missiya.az

1Источники