RU

Putin Trampla Ukraynada müharibənin başa çatmasını müzakirə etməyə hazırdır - “Reuters”

Rusiya prezidenti Vladimir Putin ABŞ-nin yeni seçilmiş dövlət başçısı Donald Trampla Ukraynada atəşkəs mümkünlüyünü müzakirə etməyə hazır olduğunu açıqlayıb. Bununla belə, Moskva əhəmiyyətli ərazi güzəştləri etmək niyyətində deyil və Kiyevdən NATO-ya daxil olmaq istəyindən əl çəkməyi tələb edir.

Missiya.Az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilir ki, münaqişənin tezliklə bitəcəyini vəd edən Tramp Rusiyanın mövqelərinin güclənməsi fonunda Ağ Evə qayıdır. Rusiya hazırda Ukraynanın ABŞ-nin Virciniya ştatı böyüklüyündə bir ərazisinə nəzarət edir və 2022-ci ildə işğalın başlanmasından bəri ən yüksək templə hücumunu davam etdirir.

Məlumata görə, Kreml hazırkı cəbhə xəttində münaqişənin dondurulmasına razı ola bilər. Eyni zamanda, Rusiyanın özününkü hesab etdiyi, lakin tam nəzarət etmədiyi Donetsk, Luqansk, Zaporojjya və Xerson vilayətlərinin bölünməsi variantları müzakirə edilir.

Bundan əlavə, Moskva Xarkov və Nikolayev vilayətlərinin bəzi ərazilərində güzəştlərin mümkünlüyünü nəzərdən keçirə bilər. Lakin Krımla bağlı mövqe dəyişməz olaraq qalır: Bu region danışıqların mövzusu olmayacaq.

Ukrayna isə öz növbəsində 1991-ci il sərhədləri daxilində bütün ərazisi üzərində nəzarəti bərpa etmək israrı davam edir. Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev son rus əsgəri Ukrayna torpaqlarını tərk edənə qədər güzəştə getməyəcək.

Qeyd olunub ki, ABŞ-nin hazırkı administrasiyasının Kiyevi bu yaxınlarda Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə edilən uzaqmənzilli ATACMS raketləri ilə təmin etmək qərarı danışıqlar prosesini çətinləşdirə bilər. Moskva bunu təhlükəli eskalasiya kimi qiymətləndirdi və mənbələrin dediyinə görə, Rusiyanın tələblərini artıra bilər.

Daşqın HəsənovMissiya.Az

Избранный
24
missiya.az

1Источники