RU

ASCO 2012-ci illə müqayisədə emissiyaları 20 faiz azaltmağa nail olub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) 2012-ci illə müqayisədə emissiyaları 20 faiz azaltmağa nail olub və beləliklə, Beynəlxalq Dəniz Təşkilatının (IMO) 2030 üçün qoyduğu hədəfi üstələyib. SİA xəbər verir ki, bu sözləri ASCO- nun sədri Rauf Vəliyev COP29 çərçivəsində keçirilən “Gələcəyə istiqamət: Davamlı sabah üçün dəniz nəqliyyatında dekarbonizasiya” mövzusundakı tədbirdə deyib.

O qeyd edib ki, bu nailiyyət ətraf mühitə olan məsuliyyəti və bu prosesə töhfələri daha da artırmaq məqsədini əks etdirir: “Bu nəticəyə nail olmaq asan olmadı, lakin biz yeni gəmilərə böyük investisiyalar qoymaq, mövcud boru kəmərlərimizi modernləşdirmək, köhnə gəmilərimizi istismardan çıxarmaq və əlavə tədbirlər həyata keçirməklə bunu bacardıq. Biz gəmiçilik şirkəti olaraq, iqlim dəyişikliyinə qarşı təsirimizi artırmaq üçün əlimizdən gələni etməliyik. ASCO olaraq, biz də bu prosesə töhfə vermək məsuliyyətimizi, borcumuzu dərk edirik. Karbon izimizi azaltmaq və davamlılıq həllərini mənimsəmək üçün yeni strategiyaları araşdırmaq və həllər hazırlamaq prosesində fəal iştirak edirik”.

Избранный
15
sia.az

1Источники