RU

Belarusa hərbi müdaxilə planı

Belarusun dövlət telekanalı ONT bildirib ki, noyabrın 20-də jurnalistlərin xaricdə hazırlandığı iddia edilən Belarusa hərbi müdaxilə planı ilə bağlı öz araşdırması yayımlanacaq.

Film “Cinlər: Belarusu necə ələ keçirmək istəyirlər” adlanır. “Artıq bir neçə ildir ki, xaricdə bütün rolları və mərhələləri əks etdirən plan hazırlanıb. Müfəssəl sənəd – kim, harada, məqsəd və vəzifələr”, – ONT bildirir. Kanalın məlumatına görə, filmdə jurnalistlər “necə ola bilərdi”ni göstərəcəklər.

Xatırladaq ki, noyabrın əvvəlində Belarus Müdafiə Nazirliyi ölkəni tərk etmiş müxalifət nümayəndələrinin hazırkı hökumətin devrilməsi üçün hazırlıqları davam etdirdiklərini açıqlamışdı. Hərbi idarəyə görə, NATO-nun Belarus və Rusiya ilə “açıq silahlı qarşıdurmaya hazırlaşdığı” bir vaxtda güc ssenarisindən də danışa bilərik.

//Samir Qurbanov, Editor.az

Избранный
15
editor.az

1Источники