RU

Enrike Oçoa: Dünya sürətlə iqlim fəlakətinə irəliləyir » AzadMedia.az


Hesabatlar göstərir ki, dünya sürətlə iqlim fəlakətinə doğru irəliləyir.

Bunu Meksikanın çoxtərəfli məsələlər və insan hüquqları üzrə katibinin müavini Enrike Oçoa COP29 çərçivəsində yüksək səviyyəli iclasda bildirib.

"Əgər qlobal temperatur 3 dərəcə artarsa, planetdə təhlükəsiz yer olmayacaq. Biz kursu dərhal dəyişməsək, bu, baş verəcək. İqlim öhdəlikləri və birtərəfli qərarlardan geri çəkilmək üçün yer yoxdur", - o qeyd edib.

E.Oçoa vurğulayıb ki, Meksika bu gün iqlim böhranı ilə mübarizə üçün çoxtərəfli səylərə birmənalı dəstəyini bir daha təsdiqləyir.
Избранный
8
4
azadmedia.az

5Источники