RU

Ölkəmizdə nüvə sığınacaqları varmı? - AÇIQLAMA

Rusiyada ilk dəfə olaraq müxtəlif təhlükələrdən, o cümlədən nüvə partlayışından müdafiəni təmin edən mobil sığınacaqların kütləvi istehsalına başlanılıb.

Bu barədə Mülki Müdafiə və Fövqəladə Hallar üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutu məlumat yayıb. Strukturun tərtibatçısının press-relizinə əsasən, səyyar sığınacaqlar insanları müxtəlif təhlükələrdən, o cümlədən təbii fəlakətlərdən, nüvə partlayışından işıq radiasiyasından və ərazinin radioaktiv çirklənməsindən qorumaq üçün istifadə edilə bilər.

Mobil sığınacaq Nijni Novqorod vilayətində istehsal olunur. 

Standart konfiqurasiyaya iki modul daxildir: 54 nəfərlik otaq və texniki blok. Sığınacaq başqa yerə daşına və mövcud kommunal sistemlərə qoşula bilər.

Qeyd olunur ki, “Kub-M” istehsalı və quraşdırılması daimi sığınacaq tikməkdən iki dəfədən çox ucuz başa gəlir və onun istehsalı və quraşdırılması müddəti üç aydan çox deyil.

Bəs ölkəmizdə insanları müxtəlif təhlükələrdən, o cümlədən təbii fəlakətlərdən, nüvə partlayışından işıq radiasiyasından və ərazinin radioaktiv çirklənməsindən qorumaq üçün sığınacaqlar mövcuddur?

Mövzu ilə bağlı "Cebheinfo.az"a açıqlamasında Milli Təhlükəsizlik üzrə ekspert Rəşad Rza bildirib ki, ölkədə nüvə sığınacağı yoxdur:

Onun sözlərinə görə, sovet dövründən qalma sığınacaqlar artıq öz istismar müddətini başa vurub:

“Çox aktual bir mövzuya toxunmusuz. Bu məsələni ictimailəşdirmək lazımdır. Azərbaycanda sovet dövründə yaradılmış sığınacaqlar var. Bu sığınacaqlar da əsasən binaların altında idi. Ondan sonra yeni sığınacaqlar yaradılmayıb.

Onların da bir qismi artıq yararsız vəziyyətdədir və başqa istiqamətlər üzrə istifadə olunur. Binaların altında və s. müəyyən yerlər vardı, həmin sığınacaqlar da istismar vaxtını bitirib. 

O sığınacaqlar bərpa olunmalıdır. Yararsızdırsa, yeniləri tikilməlidir. Bu barədə ciddi bir iş yoxdur. Olan sığınacaqlar partlayışlarda, raket atışlarında işə yaraya bilər”. 

Избранный
10
cebheinfo.az

1Источники