RU

Azərbaycanın 20 cüdoçusu Avropa Kubokunda çıxış edəcək

Azərbaycanı Yunanıstanın Saloniki şəhərində yeniyetmə cüdoçular arasında keçiriləcək Avropa Kubokunda təmsil edəcək idmançılar müəyyənləşib. Azərbaycan Cüdo Federasiyasından SİA-ya verilən məlumata görə, noyabrın 23-24-də təşkil olunacaq yarışda 8 çəki dərəcəsində 20 cüdoçumuz qüvvəsini sınayacaq.

Yarışda Anar Quliyev (50 kiloqram), Rüstəm Qasımzadə, Emil Hüseynli, Məhəmmədəli Hüsiyev, Məhəmməd Rüstəmli (hamısı 55 kiloqram), Zeyd Ələsgərov, İlkin Qarayev, Abdullah Kərimov (hamısı 60 kiloqram), Ayxan Ələkbərov, Özqan Quliyev, Fəxri Sahibzadə (hamısı 66 kiloqram), Məhəmməd Ağakişiyev, Səid Şərifov (hər ikisi 73 kiloqram), Məhəmməd Abbasəli, Amin Mehdiyev, Abdullah Rəhmətov (hamısı 81 kiloqram), Səid Hüseynov (90 kiloqram), Sübhan Axundov, Tunar Fərzəliyev və Cavidan Məsimov (hamısı +90 kiloqram) mübarizə aparacaqlar.

Qeyd edək ki, 30 ölkədən 476 idmançının qatılacağı turnirdə Azərbaycan cüdoçularına yeniyetmələrdən ibarət yığmanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov rəhbərlik edəcəklər.

Избранный
24
sia.az

1Источники