RU

“Hizbullah” İsrailin hərbi itkiləri ilə bağlı açıqlama yayıb

“Hizbullah”

“Hizbullah” Livanda quru əməliyyatın başlandığı oktyabr ayından bu yana 110-dan çox İsrail əsgərinin öldürüldüyünü, 1050-dən çox əsgərin yaralandığını iddia edir.

Reyting.az
bildirir ki, “Hizbullah”-ın açıqlamasına görə, İsrailin Livana qurudan hücumlarının başladığı oktyabr ayının əvvəlindən bu yana İsrail ordusunun itkisi 110-dan çox olub. 1050-dən çox əsgər isə yaralanıb.

Quru hücumları zamanı İsrailin 48 Merkava tankı, 9 hərbi buldozeri, 2 hərbi CEEP-i, zirehli texnika və hərbçi daşıyıcısı məhv edilib.

Aşıqlamada “Hizbullah”ın İsrailin Hafiya şəhərinin Karyut bölgəsinə və Safed şəhərindəki hərbi bölgələrə hücumlara dadiqqət çəkilir. Bildirilir ki, 4 ayrı hadisədə 21 İsrail əsgəri hədəf alınıb.

Qeyd edək ki, İsrail ordusu Livana qarşı hücumlarda məhdud itki hesabatlarından başqa heç bir açıqlama vermir.

2023-cü il oktyabrın 8-dən “Hizbullah”la nəzarətli toqquşmaları davam etdirən İsrail ordusu sentyabrın 23-də Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də yüzlərlə hava zərbəsi endirib. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 8 oktyabr 2023-cü ildən bu yana 3544 nəfər, o cümlədən 902 qadın və uşaq və 212 tibb işçisi ölüb, 15 036 nəfər yaralanıb.

Onu da qeyd edək ki, ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç davam edir. BMT-nin məlumatına görə, İsrailin hücumları nəticəsində Livanda 1 milyon 400 mindən çox insan didərgin düşüb. Livan hökuməti köçkünlərin 610 mindən çoxunun Suriyaya köç etdiyini açıqlayıb.

V. QULİYEV

Избранный
69
50
reyting.az

10Источники