Demokrat.az xəbər verir ki, bu barədə “MacRumors” portalı məlumat yayıb.
Beləliklə, smartfon 2025-ci ilin martında - hazırkı üçüncü nəsil "iPhone SE"nin buraxılmasından üç il sonra buraxılacaq.
Şayiələrə görə, yeni məhsul əsasən "iPhone 14"ə bənzəyəcək. 6,1 düymlük OLED displey, Face ID, flaqman A17 Pro və ya A18 çipi, USB-C portu, arxa tərəfdə bir 48 MP kamera mövcud olacaq.
Smartfon ilk Apple 5G-ni dəstək üçün 8 GB RAM- a sahib olacaq. Apple 2018-ci ildən bəri iPhone üçün xüsusi 5G modem üzərində işləyir.
Əfsanə Kamal
Demokrat.az