RU

ABŞ yardımı kəssə... - Zelenski etiraf etdi

ABŞ yeni prezident Donald Trampın dövründə Ukraynaya hərbi yardımı kəsmək qərarına gəlsə, o zaman müharibədə uduzacaq.

Aktual.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Amerikanın "Foks Nyus" kanalına müsahibəsində deyib.

"Əgər kəssələr, məncə, uduzacağıq. Təbii ki, hər halda mübarizəmizi davam etdirəcəyik. Bizim öz istehsalımız var, ancaq üstünlüyə malik olmaq üçün kifayət deyil. Məncə, sağ qalmaq üçün də kifayət deyil. Amma ABŞ-ın seçimi bu olsa, o zaman nə etməli olduğumuza qərar verəcəyik", - Zelenski bildirib.

"Trampın Rusiya Prezidenti Putinə təsir edə biləcəyinə və müharibəni dayandıra biləcəyinə inanırmı? sualına Zelenski belə cavab verib:

"Bu, asan olmayacaq, amma ABŞ bütün rıçaqlarından istifadə etsə, bəli, o bunu edə bilər. Çünki o, Putindən qat-qat güclüdür. ABŞ daha güclüdür. Onların iqtisadiyyatı daha güclüdür. ABŞ prezidentinin gücü və silahı var. Və o, enerji resurslarının qiymətlərini aşağı sala bilər. Yeri gəlmişkən, mətbuatda prezident Trampdan siqnallar eşitdim ki, o, enerji resurslarının və neftin qiymətlərini azaltmaq barədə düşünür, bunu etmək lazımdır".

Избранный
5
3
ulusum.az

6Источники