RU

"Şəhərsalma İdarəsi köşkümü oğurlayıb, geri qaytarmır" - ŞİKAYƏT/FOTO

Sumqayıtda, "Ceyranbatan Türk məscidi"nin arxasında yerləşən şəxsi torpaq sahəsində tikilmiş köşk Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən götürülüb.

Bu barədə Bakupost.az -a köşkün sahibi İmran Məmmədov bildirib.

Onun sözlərinə görə, bu barədə İdarədən heç bir xəbərdarlıq edilməyib:

"Köşk heç bir əsas olmadan ərazidən götürülüb. Bu, qanunsuzluqdur. Həmin köşk Tikinti və Şəhərsalma Məcəlləsinin 79.1.5-ci bəndinə əsasən, 1,8 sot çıxarışlı torpaq sahəsində qanuni şəkildə tikilib. Lakin evakuator vasitəsilə ərazidən çıxarılıb. Heç bir bildiriş təqdim etmədən, dərəbəylik dövründə yaşayırıqmış kimi, gəlib köşkü götürüblər. Evdə olmadığım zaman evakuator gətirib həyətimə daxil olublar. Sözün əsl mənasında, köşkü oğurlayıblar".

Şikayətçi Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsinin bu addımla onun yalnız mülkiyyət deyil, həm də sahibkarlıq hüquqlarını kobud şəkildə pozduğunu bildirib:



"Prezident fərmanları ilə təsdiqlənmiş mülkiyyət hüququmu, sahibkarlıq hüququmu, İcra Hakimiyyəti haqqında əsasnaməni və ən əsası, Tikinti və Şəhərsalma Məcəlləsini pozublar".
İmran Məmmədov vurğulayıb ki, Məcəllənin müvafiq maddəsinə əsasən, şəxsi həyətdə köşk quraşdırmaq üçün xüsusi icazə almaq tələb olunmur:

"Üç həftədir köşkün geri qaytarılacağı vəd edilsə də, hələ də nəticə yoxdur".

Məsələ ilə bağlı Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsində bildirlib ki,
köşkün hansı səbəbdən götürüldüyü barədə dəqiq məlumatları yoxdur:

"Amma əgər götürülübsə, deməli, qanuni sənədlər təqdim edilməyib. Torpaq sahəsinin çıxarışı olmalı idi və vətəndaş hər hansı bir işi görmək üçün müraciət etməli idi. Əgər müraciət olmayıbsa, deməli, həmin köşk özbaşına qoyulub".

Qanunla daşına bilən konstruksiyaların qoyulması üçün xüsusi icazəyə ehtiyac olub-olmaması ilə bağlı verilən suala isə İdarənin əməkdaşı belə cavab verilib:

"Bu məsələ araşdırılacaq və vətəndaşa cavab veriləcək".

Lalə, BakuPost
Избранный
12
1
bakupost.az

2Источники