RU

Stokqolm sindrom - QHT psixoloqu yazır

Təsəvvür edin illərlə pis rəftara,təhqirə,gərgin psixoloji ab havada yaşayıb və buna alışan insanı. Əzab çəkən onu əzaba düçar edənə nifrət yox əksinə sevgi, simpatiya, güvən hiss edir. Bu illərlə ailədə döyülən, söyülən qadındır ki, heç nəyə baxmayaraq ərini müdafiə edir, ya bir işçidir müdirinin alçaldıcı sözlərinə dözür, ya toksik münasibətlərlə bərabər olan gənclərdir. Çox misal çəkmək olar. İllərlə fərqinə varmadan stokqolm sindromunun qurbanı olurlar. Stokqolm sindromu-psixoloji fenomen olub, qurban ona əzab verənə sevgi, simpatiya, xüsusi təçəkkürlə yanaşır. 

Bu hal nədən baş verir?

 1.Özünü köməksiz hiss etməsi.

 2. Aqressor tərəfdən idarə olunması.Yalan vədlər,özünü borclu bilmək.

 3.Özünü sevməmək,alçaldıcı münasibətləri hakk etmək hissidi.

Qurban reallıgı görmək və qəbul etmək istəmir. Ona hakk qazandırır,günahları özündə görür. Və ona kömək etmək istəyənə aqressiv yanaşır. Ailədə zorakılıqa “biraz əsəbidir” deyərlər, iş yerində rəhbərin pis davranışına “ belə lazımdı “ düşünərlər və s. Stokqolm sindromu-məntiqli seçim deyil, özünü qorumaya almış psixoloji mexanizmdir. Bu illərlə davam edərsə insanın həyat tərzində, psixikasında ciddi problemlər yarada bilər. Qurban apatiya halında olur-kömək istəmir, özünü xilas etməyə cəhd etmir, müqavimət göstərmir. Əksinə ona kömək etmək istəyənlərə aqressiv davranar. Aqressora qarşı kortəbii münasibətdə olur. Bu münasibətlər illərlə davam edə bilər. Qurban bunun fərqinə varmır. 

İlk məsləhət-qurban oldugunuzu dərk etməlisiz. Əgər bacaracaqsızsa münasibətlərə fasilə verəcəksiz.Sizi sevindirəcək işlərlə məşgul olun. Sizi sevən dəstək olan insanlarla olun. Kömək istəməkdən çəkinməyin, Azadlığa ilk addımınızı atmağı bacarın. Psixoloqa müraciət edin. Sevgilər.

 

Samirə İsmayılova

“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin Psixoloqu

Избранный
16
qht.az

1Источники