RU

Dominika kiçik ada dövlətlərinin problemlərinin həlli üçün iqlim maliyyələşdirilməsində islahatlar tələb edir

Image

İnkişaf etməkdə olan kiçik ada dövlət kimi Dominika, iqlim dəyişikliklərinin təsirlərinə qarşı ən həssas ölkələr sırasında yer alır. Trend xəbər verir ki, bu barədə Dominikanın ətraf mühit naziri Kozye Frederik COP29 Sammitində çıxışı zamanı bildirib.

"Dominika, qlobal istixana qazı emissiyalarına minimal töhfəsinə baxmayaraq, ciddi təhdidlərlə üzləşir. Artan ekstremal hava hadisələri bizim ekosistemlərimizə, iqtisadiyyatımıza və insanların gündəlik həyatına birbaşa təhlükə yaradır", – deyə o qeyd edib.

Nazir iqlim dəyişikliklərinin milli ərzaq təhlükəsizliyi və turizmə necə ciddi təsir etdiyini ətraflı izah edib.

"Bu, bizim ərzaq təhlükəsizliyimizə və turizmimizə dərin təsir göstərir. Bunlar bizim inkişaf və sabitliyimizin ən vacib komponentləridir", – deyə o vurğulayıb.

Nazir iqlim dəyişikliyinə qarşı mübarizənin maliyyələşdirilməsi üzrə hədəflərin yenidən nəzərdən keçirilməsinə çağırıb və illik 100 milyard dollarlıq hədəfin dəyişdirilməsini dəstəkləyib.

"Biz Uyğunlaşma Fondu üzrə öhdəliklərin hədəflərə çatmamasından narazıyıq", – deyə K.Frederik bildirib və inkişaf etmiş ölkələrin öz öhdəliklərinə sadiq qalmalı olduğunu vurğulayıb.

"Biz həmçinin, COP28-də yaradılmış Zərər və İtkilər Fonduna əsaslanaraq onun maliyyə əhatəsini və əməliyyat strukturunu genişləndirməliyik", – deyə o əlavə edib.

Nazir bu vəsaitlərə çıxışın şəffaf və inklüziv bir proseslə təmin edilməsinə çağırıb ki, bu, iqlim təsirlərindən ən çox zərər çəkənlərə sürətli və effektiv yardım göstərilməsini təmin etsin.





Избранный
32
baki-xeber.com

1Источники