RU

Növbəti il məktəbəqədər təhsilə 19,2 milyon manat xərclənəcək

2025-ci il icma əsaslı məktəbəqədər təhsilə 35 min uşağın cəlb edilməsi üçün dövlət büdcəsindən 19,2 milyon manat vəsait xərclənəcək ki, bu da cari illə müqayisədə 6 milyon çoxdur. Bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib. 
 
 
Nazir bildirib ki, 5 yaşlı uşaqların təhsilə cəlb edilmə səviyyəsi 87%-ə çatdırılıb. 
 
"Növbəti ildə icma əsaslı məktəbəqədər təhsilə 35 min uşağın cəlb edilməsi nəzərdə tutulub. Bu məqsədlə dövlət büdcəsindən növbəti il üçün  19,2 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 6 milyon manat çoxdur", - Əmrullayev bildirib. 
 
Həyata keçirilən tədbirlər nəticəsində məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlı uşaqların sayına nisbətdə əhatə səviyyəsi növbəti ildə 40%-ə çatdırılması gözlənilir. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Избранный
11
anews.az

1Источники