Həbsdə olan meyxanaçı Rəşad Dağlının həmkarı Namiq Qaraçuxurlu ilə fotosu yayılıb.
Moderator.az manset.az-a istinadən xəbər verir ki, fotonun Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə Bakıda keçirilən toyda çəkildiyi bildirilir.
Qeyd edək ki, Rəşad Dağlı (Əmirov) 2022-ci il noyabrın 9-da qonşusu İskəndər Mehtiyevi Lökbatan dairəsi yaxınlığında qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub. Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ilə ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Dağlı 9 il azadlıqdan məhrum edilib.