Nəsimi rayon İcra Hakimiyyəti Azərbaycan Dillər Universiteti ilə birgə “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun təhsil müəssisələrinin pedaqoji kollektivi və gənclər iştirak edib.
Mia.az-ın məlumatına görə, əvvəlcə tədbir iştirakçıları əl işlərindən ibarət sərgi ilə tanış olub.
Daha sonra bir qrup tələbələr “Enerji siyasəti və yaşıl texnologiyalar” , “İqlim dəyişikliyində sosial ədalət” və “Azərbaycanda COP 29 çərçivəsində keçirilən ekoloji tədbirlər” mövzularında məruzə ilə çıxışları davam etdirdilər.