RU

Lütfihak Alpkan DOST mərkəzi ilə tanış olub

Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahəsində əməkdaşlıq da daim genişlənir. Bu fikir COP29 tədbirində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Lütfihak Alpkanın başçılıq etdiyi nümayəndə heyəti ilə 1 saylı Bakı DOST Mərkəzində keçirilən görüşdə vurğulanıb.
 
Moderator.az xəbər verir ki, nümayəndə heyəti Mərkəzdə əhaliyə göstərilən xidmətlərlə tanış edilib. Qonaqlara DOST Konsepsiyasının innovativ üstünlükləri və beynəlxalq nailiyyətləri barədə məlumat verilib.
 
Keçirilən görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Azərbaycan və Türkiyə dövlət başçılarının birgə səyləri nəticəsində qardaş ölkələrimiz arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb.  Regional və beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilən əlaqələrimizin əmək və sosial müdafiə sahəsini də əhatə etdiyi qeyd edilib.
 
Ötən dövrdə Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın genişlənməsinə xidmət edən 8 sənədin imzalandığı, bu sahədə ikitərəfli əlaqələrin getdikcə genişləndiyi, fəal təcrübə mübadilələrinin aparıldığı diqqətə çatdırılıb.
 
Bakıda keçirilən COP29 tədbiri çərçivəsində yaşıl iqtisadiyyata ədalətli keçidlə bağlı yaşıl iş yerləri və bacarıqların inkişaf etdirilməsinə dair müxtəlif ölkələrin, beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmilərinin iştirakı ilə aparılan müzakirələrin əhəmiyyəti vurğulanıb. 
 
Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan islahatlar barədə məlumat verilib. L.Alpkan iki ölkə arasında yüksək səviyyədə olan münasibətlərin sosial sahədə də uğurla davam etməsinin məmnunluq doğurduğunu bildirib. 
 
Görüşdə əmək və sosial müdafiə sahələrində gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
 
 
Избранный
1
7
moderator.az

8Источники