RU

Kuleba ilk dəfə döyməsini göstərdi: “Biz səninlə...” - Foto

Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba ilk dəfə qolundakı döyməsini nümayiş etdirib.

Axar.az xəbər verir ki, o, döymənin şəklini özünün İnstaqram səhifəsində paylaşıb.

Döymə Taras Şevçenkonun "Tale" adlı poemasından "Biz səninlə hiyləgərlik etmədik” sitatıdır.

Həmçinin Kuleba paylaşımına belə bir şərh də yazıb:

“Biz həlak olanlara yas tutmalı, düşmənin gücünü və öz zəifliklərimizi dürüst qəbul etməli, amma heç vaxt bir-birimizlə hiyləgərlik etməməli, gözəl ölkəmizin və xalqımızın daha yaxşı taleyinə inanmalı və hər gün onun üçün çalışmalıyıq”.

Избранный
13
axar.az

1Источники