RU

Ərdoğandan böyük müharibə XƏBƏRDARLIĞI

Türkiyə ABŞ administrasiyasının Ukraynaya Rusiya ərazisinə hücumlar üçün taktiki raket sistemlərindən istifadəyə icazə verməsi qərarını bəyənmir və düzgün hesab etmir.

News24.az xəbər verir ki,  bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rio-de-Janeyroda G20 sammitindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Bayden Rusiya ilə Ukrayna arasında müharibəni daha da qızışdırmaq, onun heç vaxt bitməməsini və hətta yayılmasını təmin etmək məqsədi daşıyan addım atıb”, - Türkiyə lideri bildirib.

Onun sözlərinə görə, bu qərar regionu və bütün dünyanı böyük müharibənin astanasına gətirə bilər. 

Ərdoğan xəbərdarlıq edib ki, Rusiya ilə Ukrayna arasında müharibə ilə bağlı ən kiçik səhv “barıt çəlləyinə alov atmaq” kimidir. “Ona görə də hər kəsə diqqətli olmağı tövsiyə edirəm”, o vurğulayıb.

Daha sonra Ərdoğan Türkiyənin sərhədləri boyunca terror təhlükəsini aradan qaldırmaq planlarına toxunub. "Türkiyə terror problemini keçmişdə tərk etməkdə qərarlıdır. Biz ölkəmizi sərhədlərimizin xaricində təhdid edən strukturlara qarşı tolerantlıq nümayiş etdirməyəcəyik", - deyə o bildirib.

Ərdoğan vurğulayıb ki, Suriya hakimiyyəti Türkiyə kimi “PKK/YPG adlı terror bataqlığını qurutmaq üçün” səy göstərməlidir.

O əlavə edib ki, Ankara “həm hazırkı reallığa, həm də ABŞ-ın Suriyadan çıxarılmasının yaradacağı yeni vəziyyətə” hazırdır. “Bizim üçün Türkiyənin milli təhlükəsizliyi prioritetdir”, - deyə Türkiyə lideri bildirib.

“Biz terrordan təmizlənmiş Türkiyə məqsədimizə çatmağa yaxınıq, bu problemin bütün aspektləri üzərində cəmləşmişik və onu aradan qaldırmaq əzmindəyik”, - deyə prezident yekunlaşdırıb.

Aynurə

Избранный
20
news24.az

1Источники