RU

“Cenoa” Patrik Vieyranı baş məşqçi təyin etdi

İtaliyanın “Cenoa” klubu fransalı mütəxəssis Patrik Vieyranı əsas komandanın baş məşqçisi vəzifəsinə təyin etdiyini açıqlayıb.

Arena.az bu barədə A Seriyası təmsilçisinin mətbuat xidmətinə istinadən məlumat verir.

Vieyra bu vəzifədə italyan mütəxəssis Alberto Cilardinonu əvəzləyib. Fransalı mütəxəssis bu gün, noyabrın 20-dən vəzifəsinin icrasına başlayıb.

Patrik Vieyra futbolçu ikən “Kann”, “Milan”, “Arsenal”, “Yuventus”, “İnter” və “Mançester Siti”də çıxış edib. Vieyra Fransa yığması ilə DÇ-98-in, AÇ-2000-nin və həmçinin 2001-ci il FIFA Konfederasiyalar Kubokunun qalibi olub.

2011-ci ildə futbolçu karyerasına xitam vermiş Vieyra məşqçilik fəaliyyətinə baş vurub. Vieyra 2013-2015-ci illərdə “Mançester Siti”nin ehtiyat və akademiyaçılarından ibarət komandanı çalışdırıb. Daha sonra fransalı mütəxəssis “Nyu-York Siti”, “Nitsa”, “Kristal Pelas” və “Strasburq”la işləyib.

“Cenoa” Patrik Vieyranın təcrübəsinə güvənərək, mövsümün əvvəlində baş məşqçi dəyişikliyinə qərar verib.

Xatırladaq ki, Alberto Cilardino 2022-ci ilin dekabr ayından “Cenoa”ya rəhbərlik edirdi. 42 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 79 oyunda meydana çıxarıb. Bu görüşlərdə genuyalılar 32 qələbə qazanıb, 23 heç-heçə edib, 24 məğlubiyyətə üzülüblər. Cilardinonun bu klubla 2026-cı ilin 30 iyununa kimi müqaviləsi vardı.

Alberto Cilardino daha öncə “Syena”, “Pro Verçelli” və “Ressato” kimi komandalarda da baş məşqçi kimi çalışıb.

Genuya təmsilçisi A Seriyasının cari mövsümündə 12 oyuna 2 qələbə qazanıb, 4 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb. Komanda hazırda 10 xalla 17-ci pillədə qərarlaşıb.

Избранный
24
arena.az

1Источники