RU

“Azəristiliktəchizat”ın əhalidən yığdığı tarif faktiki xərclərdən xeyli aşağıdır"- Nazir

Image

Son illər illik 13 faizə qədər xərc artımına getmişik. Əsas gücümüzü qeyri-neft sektorunun üzərinə qoymuşuq. Sevindirici haldır ki, bu sahədən gələn gəlirlərimiz getdikcə artır.

Bu sözləri Gənclər və idman, ictimai birliklər və dini qurumlar, mədəniyyət komitələlərinin bu gün keçirilən birgə iclasında maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

““Azəristiliktəchizat”a dövlət büdcəsindən ildə 46 milyon manat vəsait ayrılır. “Azəristiliktəchizat”ın əhalidən yığdığı tarif faktiki xərclərdən xeyli aşağıdır. Burada böyük zərər əmələ gəlir. Qazanxanaların səmərəliliyi olduqca aşağıdır. Ona görə daha müasir isitmə metodlarına keçmək lazımdır. Bununla bağlı da təkliflər var və hazırda işlənilir”, - deyə nazir əlavə edib.

NAMİQ





Избранный
8
10
baki-xeber.com

10Источники