RU

Trampın bu sözünə inanmaq istəyirəm - Ərdoğan

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın müharibələrə son qoyacağı ilə bağlı söylədiklərinə inanmaq istəyirik.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz münasibətlərimizi qərəzlər üzərində qura bilmərik, çox diqqətli və həssas olmalıyıq. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp müharibələrə son qoyacağını desə də, yeni dövrlə bağlı fikir söyləmək hələ tezdir. ABŞ-ın Yaxın Şərqə münasibətinin yeni prezidentin işə başlaması zamanı görəcəyik. Yeni dövrdə Türkiyə-ABŞ əlaqələrini ölkəmizin maraqları çərçivəsində inkişaf etdirməyə çalışacağıq”, - deyə dövlət başçısı bildirib.

Prezident Ərdoğan Trampın müharibələrlə bağlı mümkün səylərinə də diqqət çəkib:

“Cənab Trampın müharibələrə son qoymaq ritorikasına inanmaq istəyirik və ondan bu istiqamətdə addımlar gözləyirik. Müharibələrə son qoymaq yanaşması ilə hərəkət edən Amerika regionumuzda münaqişələrin sülh yolu ilə sona çatması üçün yeni ab-hava yarada bilər. Bu, bizim ən təbii haqqımızdır”.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
12
teleqraf.com

1Источники