“COP29 iqlim dəyişikliyə həsr olunsa da, mövzunu neokolanizm və kolanizm ilə birləşdirmək hər dövlətin işi deyildi”.
Bunu COP29 çərçivəsində Azərbaycana səfər edən müstəmləkəçilikdən əziyyət çəkmiş Afrika dövlətlərinin nümayəndələri ilə görüş zamanı İnkişaf və Ağacların Qorunması və Bərpası naminə təşkilatın (ASRAD) prezidenti Kabine Doumbia deyib.
“Azərbaycanı COP29-un təşkilatçılığına görə təbrik edirəm. Bakı Təşəbbüs Qrupu bizə çox dəstək oldu. Azərbaycanın Qoşulmama Hərakatına sədrliyini də alqışlayıram. Bir dövlət ki, başqa dövlətin suverenliyi üçün bu cür can atır və qrup yaradır, bu, təqdirəlayiqdir”, - deyə o əlavə edib.