RU

Nazir: Məktəbəqədər təhsil müəssisələri uşağın saxlanc yeri olmamaldıır, bura təhsil müəssisəsidir

“Hazırda bir uşağın məktəbə getməsi üçün ciddi vəsait tələb olunur".

APA xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, 1 yaşı saymasaq, təxminən yarım milyon uşağın məktəbəqədər təhsilə cəlb olunmasından söhbət gedir: "Hazırda çox sayda uşaq məktəbəqədər təhsildə növbə gözləyir. Bu, vaxtında məktəbəqədər təhsil müəsisələrinin düzgün tikilməməsindən irəli gəlir. Buna tələb olunan xərclər 2 milyard manatdır. Uşağın 1 il məktəbəqər təhsilə cəlbi vacibdir, amma 3 il getməsi onun anasının işləməsi ilə əlaqədardır. Məktəbəqədər təhsil müəssisələri uşağın saxlanc yeri olmamaldıır, bura təhsil müəssisəsidir".

Избранный
43
5
apa.az

6Источники