RU

Acun Ilıcalı ilə bağlı araşdırma başlanıldı

Məşhur aparıcı, “Exxen” videoşəbəkəsinə sahib olan “Fənərbaxça” klubunun ikinci prezidenti Acun Ilıcalının rəhbərlik etdiyi telekanallarda UEFA Millətlər Liqasının oyunları zamanı qanunsuz mərc oyunlarının keçirildiyi internet saytları reklam edilib. Bu səbəbdən Acunun sahibi olduğu TV8 kanalı və “Exxen” platforması haqqında İstanbul Cümhuriyyət Prokurorluğu tərəfindən araşdırma başladılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Milliyet” məlumat yayıb.

Qeyd edək ki, bir müddətdir Türkiyədə qanunsuz mərc oyunları şəbəkəsi və bu sistemə qoşulmuş şəxslərə qarşı tədbirlər həyata keçirilir.

Bu tədbirlər çərçivəsində bir sıra məşhurlar da saxlanılıb. Həmin şəxslərdən müğənni Serdar Ortaç və teleaparıcı Mehmet Ali Erbil daha sonra məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb.

Bizim.Media

Избранный
6
5
bizim.media

6Источники