RU

Türkiyə və Azərbaycan Zəngəzur yolu istiqamətində ayrı bir marşrut qurmaq üzərində işləyir - Nazir

Bakı. Trend:

Zəngəzur yolu bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Türkiyə vəAzərbaycan Orta Dəhliz üzərindən həyata keçirilən yükdaşımalardaZəngəzur yolu istiqamətində ayrı bir marşrut qurmaq üzərindəişləyir.

Trend xəbər verir ki, busözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri AbdulkadirUraloğlu COP29-da “Dayanıqlı rəqəmsal Orta Dəhliz və onunhüdudlarından kənar” mövzusunda nazirlərin iştirakı ilə keçiriləndəyirmi masada çıxışı zamanı deyib.

Nazir bildirib ki, Türkiyə nəqliyyat dəhlizlərinin mərkəzindəyerləşir, qitələrarası dəhlizlərdən istifadədə vacib roloynayır.

“Buna görə biz böyük investisiyaların yatırılmasınıplanlaşdırırıq, əməkdaşlığımızı genişləndiririk. Dəhlizlərinbir-biri ilə əlaqəsini təmin edərkən onların üzərində yerləşənmarşrutların sayını artırırıq. Bu istiqamətdə Orta Dəhliz barədədanışanda Zəngəzur yolunu xüsusi vurğulamaq istəyirəm. Gələcəkdə buyol üzərindən daha bir marşrut yaratmaq istiqamətində aktiv işlərgedir”, - deyə nazir qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
5
2
az.trend.az

3Источники