RU

COP29-da turizmdə iqlim fəaliyyətinin gücləndirilməsi istiqamətində tədbir keçirilib

COP29 çərçivəsində "Turizmdə İqlim Fəaliyyətinin Gücləndirilməsi: İnnovativ Həllər və İrəliləyiş Yolu" adlı tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə iqlim dəyişikliyinin turizmə təsiri ilə bağlı görülə bilən tədbirlər müzakirə edilib.

Dövlət Turizm Agentliyinin Turizm Siyasəti və Strategiyası şöbəsinin müdiri Günay Bayramova çıxışı zamanı qeyd edib ki, COP tarixinə ilk dəfə idi ki, turizm günü daxil edilib: "Əlimizdən gələni edirik ki, iqlim fəaliyyətini turizm siyasətinə də daxil edək. Turizm imkanlarının maksimuma çatdırılması üçün çalışırıq".

“The Travel Corporation” şirkətinin dayanıqlılıq üzrə direktoru Şannon Gihan qeyd edib ki, karbon izinin azalması əsas məqsəddir. Şirkət rəsmisi deyib ki, təşkil etdikləri tur paketlərində dekarbonizasiya tədbirləri həyata keçirilir.

“Iberostar Group” şirkətinin qlobal dayanıqlılıq üzrə direktoru Erika Harms qeyd edib ki, turizm sahəsində dekarbonizasiyadan əlavə, adaptasiya tədbirləri də görülməlidir: "Qlobal istiləşmə, ekosistem başa düşülməlidir. Daha sonra isə sərmayə qoyacağımız sahələri nəzərdən keçirməliyik".

Amerikalararası İnkişaf Bankının iqlim dəyişmələri əməliyyatları üzrə baş mütəxəssisi Emi Levis çıxışı zamanı qeyd edib ki, iqlim maliyyələşməsi zamanı turizmə az yer ayrıldığı görünür.

Braziliyanın Turizm Nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Heitor Kadri isə iqlim dəyişikliyinin turizmə təsiri barədə planlarından danışarkən bildirib ki, ölkəsi turizmlə bağlı qanun qəbul edib, vergi məsələləri müzakirə edilib: "Düşünürük ki, bununla turizm sahəsində dayanıqlılığı təmin edə biləcəyik"

Sonda çıxışçılar iqlim dəyişikliyinin turizm sektoruna təsiri barədə müzakirələr aparıblar, bu sahədə tədbirlər barədə fikir mübadiləsi aparıblar.

Foto: Samirə Həsənova

Избранный
12
report.az

1Источники