RU

ASEAN COP29-da biomüxtəlifliyin qlobal səviyyədə dəstəklənməsinə çağırır

Bakı. Trend:

ASEAN (Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası)Biomüxtəliflik Mərkəzi (ACB) iqlim və biomüxtəliflik sahəsindəkompleks strategiyaların əhəmiyyətini vurğulayıb.

Trend xəbər verir ki, bunuACB-nin icraçı direktoru vəzifəsini icra edən Klarissa Arida COP29sammitində çıxışı zamanı bildirib.

"Bu, karbon tutumlu ekosistemlərə və planetdəki məlum bitki vəheyvan növlərinin 25 faizindən çoxunu, eləcə də, bu təbiisərvətlərdən asılı olan 670 milyon insanı əhatə edən yaşayışmühitlərinə təsir göstərir", — deyə K.Arida bildirib.

O qeyd edib ki, biomüxtəlifliyin qorunmasına yönəlmiş tədbirlərçox vaxt iqlim dəyişikliyi ilə mübarizə problemlərinin həlli iləbirbaşa əlaqəlidir və bu, MEP və IPCC kimi beynəlxalq təşkilatlartərəfindən tanınır.

K.Arida ASEAN-ın biomüxtəlifliyin regionun iqlim planlarınainteqrasiyasına sadiqliyini bir daha təsdiqləyib və KŞ16 və KŞ29zamanı qəbul edilmiş birgə bəyanatlara istinad edib.

"Sağlam ekosistemlər ekstremal hava hadisələrinə və digər iqlimtəhdidlərinə qarşı təbii həllərdir", — deyə o əlavə edib.

ASEAN biomüxtəliflik Mərkəzi üzv ölkələr və tərəfdaşlarlaəməkdaşlıq edərək, "ASEAN Miras Parkları" və "ASEAN YaşılTəşəbbüsü" kimi təşəbbüsləri dəstəkləyir. Bu təşəbbüslər dünyanınən həssas regionlarından biri üçün təbii mühafizə həlləri təqdimedir.

"Paris Sazişinin və Kunmin-Monreal biomüxtəlifliyin Qorunmasıüzrə Qlobal Çərçivə Proqramının məqsədlərinə çatmaq üçün maliyyəresurslarının səfərbər edilməsi olduqca vacibdir", — deyə K.Aridaqeyd edib və bu sahədə birgə səylərə çağırış edib.

Asiyada texniki dəstək mərkəzi olaraq ACB əlaqələndirilmişfəaliyyətlərə dəstək verməkdə əsas rol oynamağı öhdəsinəgötürüb.

"Biomüxtəlifliyi iqlim dəyişikliklərinə dair həllərə inteqrasiyaedərək planetimizin qarşılaşdığı qarşılıqlı əlaqəli problemlərisəmərəli şəkildə həll edə bilərik", — deyə K.Arida əlavə edib vəASEAN-ın dayanıqlı inkişaf və qlobal əməkdaşlığa sadiqliyini birdaha təsdiqləyib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
17
az.trend.az

1Источники