RU

İsraildə Zəfər Günü münasibətilə tədbir keçirilib - FOTO

İsrailin Afula şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib.

Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, mərkəzin rəhbəri Yeganə Salman tədbiri giriş sözü ilə açaraq Vətən müharibəsi haqqında danışıb, Azərbaycan xalqının 8 Noyabr – Zəfər Gününü böyük sevinclə qeyd etdiyini bildirib.

Tədbirdə, həmçinin Dövlət Bayrağı və Konstitusiya günləri barədə məlumat verilib, bu əlamətdar günlərin tarixindən və əhəmiyyətindən bəhs olunub. Eyni zamanda bu günlərdə Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un keçirildiyi diqqətə çatdırılıb.

Daha sonra Azərbaycanın Milli Qəhrəmanı, yəhudi əsilli hərbçi Albert Aqarunovun həyatından bəhs edən, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə rejissor Elçin Muxtarov tərəfindən çəkilən “Tank 533: Albert Aqarunov” sənədli filmi nümayiş olunub.

Tədbirin bədii hissəsində İsrailli "Nikol və Rami Neşer" dueti Müslüm Maqomayev və Rəşid Behbudovun repertuarından əsərlər səsləndirib, eləcə də Xalq artisti Eminin "Azərbaycan" mahnısını ifa edib. İsrail və Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Mixail Salman Milli Qəhrəman Albert Aqarunova həsr olunmuş şeirlərini oxuyub.

Избранный
6
2
qaziler.az

3Источники